Bakıda məktəbli bıçaqlandı,  saxlanılan var
25 oktyabr 2024 17:07 (UTC +04:00)

Bakıda məktəbli bıçaqlandı, saxlanılan var

Oktyabrın 25-də günorta saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində 16 və 17 yaşlı iki nəfərə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və onların xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli Lent.az-a bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Hadisənin orta məktəbdə baş verməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.

Həmçinin Bakı şəhər Təhsil İdarəsindən Lent.az-a bildirilib ki, oktyabrın 25-də dərsdən kənar vaxtda (saat 14:10 radələrində) məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub.

Dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib:

"Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".

"Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - deyə açıqlamada qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2061
avatar

Oxşar yazılar