Ucarda 67 yaşlı kişi faciəvi şəkildə öldü
18 avqust 2021 09:47 (UTC +04:00)

Ucarda 67 yaşlı kişi faciəvi şəkildə öldü

Ucarda ölüm hadisəsi baş verib.

Ucar rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, avqustun 17-i saat 11 radələrində Ucar rayonu ərazisində bir nəfər şəxsin elektrik dirəyindən yıxılması və almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, rayon sakini 67 yaşlı Nəbi Əliyev yaşadığı evə gələn elektrik xəttini düzəltmək istəyərkən ehtiyyatsızlıqdan cərəyan vurması nəticəsində dirəkdən yerə yıxılaraq almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1671
avatar

Mehman Nəbiyev

Oxşar yazılar