Sürücünü bıçaqla hədələyib PULLARINI ALDI
12 avqust 2021 17:32 (UTC +04:00)

Sürücünü bıçaqla hədələyib PULLARINI ALDI

Abşeronda sürücüyə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə. bu barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. Belə ki, avqustun 9-da Sulutəpə qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobilin naməlum sərnişini onu bıçaqla hədələyərək 410 manat pulunu alıb avtomobildən düşərək gedib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş A.Lətifov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1959
avatar

Mehman Nəbiyev

Oxşar yazılar