Sumqayıtda kişi binadan yıxılıb.
Lent.az xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon adlanan ərazisində qeydə alınıb.
56 yaşlı Elman Zülfüqar oğlu Əliyev yaşadığı binanın 3-cü mərtəbəsindəki evin eyvanından yıxılaraq, ağır yaralanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Araşdırmalar aparılır.