Spirtdən zəhərlənən  iki nəfərin meyiti tapıldı
05 iyun 2025 14:59 (UTC +04:00)

Spirtdən zəhərlənən iki nəfərin meyiti tapıldı

Rusiyanın Moskva vilayətində iki nəfərin meyiti tapılıb. 

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Lyubertsı şəhərində yaşayış binasının həyətində baş verib. Həyətdə 27 və 23 yaşlı kişinin meyitləri aşkarlanıb.

Məlumata görə, onların hər ikisi əvvəllər oğurluğa görə məhkum olunublar. Daha bir nəfər huşsuz vəziyyətdə olub və xəstəxanaya aparılıb. Meyitlərin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Ölüm səbəbinin spirt zəhərlənməsi olduğu güman edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar