Şirvanda faciəli hadisə
28 avqust 2022 09:10 (UTC +04:00)

Şirvanda faciəli hadisə

Şirvanda 5-ci mərtəbədən yıxılan 1 yaşlı uşaq aldığı xəsarətlərdən xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə avqustun 27-də Şirvan şəhərində köçkün qəsəbəsində baş verib.

Valideyn nəzarətindən yayınan bir yaşlı Ömər Səmədov 5-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb və Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, Ömər Səmədov bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3024
avatar

Oxşar yazılar