Sinif yoldaşını bıçaqlayan qız məktəbə niyə gəlib? - Polisdən AÇIQLAMA
21 aprel 2022 11:43 (UTC +04:00)

Sinif yoldaşını bıçaqlayan qız məktəbə niyə gəlib? - Polisdən AÇIQLAMA

Gəncədə sinif yoldaşını bıçaqlayan şagird yenidən məktəbə gedib. 

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata əsasən, şəhərdə yerləşən 8 saylı tam orta məktəbdə sinif yoldaşını bıçaqlayan qız yenidən dərsə gəlib. Bu isə valideynlərin narazılığına səbəb olub. Nəticədə uşağı məktəbdən aparıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Lent.az-a bildirib ki, faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb:

“Həmin məktəbli cinayəti törətməkdə şübhəli şəxs qismində tanınıb. Daha sonra o yetkinlik yaşına çatmadığı üçün barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilib. Buna görə də, o, ailəsinə iltizam əsasında təhvil verilib. Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”. 

Qeyd edək ki, bir neçə gün əvvəl Gəncədə məktəbli qızın siniş yoldaşını bıçaqlaması ilə bağlı xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3582
avatar

Mehman Nəbiyev

Oxşar yazılar