Gəncədə orta məktəbdə bıçaqlanma hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər Baş Polis idarəsinə məktəblərdən birinin 9-cu sinif şagirdi olan qızın müxtəlif bıçaq xəsarətləri alması və xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.
Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar. Araşdırmalar zamanı məktəbliyə xəsarəti onun sinif yoldaşı olan digər qız şagirdin yetirildiyi məlum olub.
Məlumata əsasən, yeniyetmə qıza iki bıçaq xəsarəti dəyib. Onlardan biri boyun, digəri isə kürək nahiyəsinə zərər yetirib.
Hazırda Gəncə şəhər Baş Polis İdarəsində faktla bağlı araşdırma aparılır, araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.