Rusiyanın Moskva vilayətində iti binanın 14-cü mərtəbəsində atıblar.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Balaşixa şəhəri, Yaqanova küçəsində baş verib. 20 yaşlı qız heyvana qarşı amansızlıq ifadəsi ilə polisə müraciət edib.
İlkin məlumatlara görə, qızın sevgilisi onunla mübahisə edərək, çoxmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən 11 aylıq Çihuahua balasını atıb.
22 yaşlı oğlan heyvanın ölümünü mobil telefonun kamerasına çəkib. İt aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Cinayətkar saxlanılaraq, polis şöbəsinə aparılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini müəyyənləşdirirlər.