Türkiyədə sərxoş sürücü cərimələnib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, lakin bu sərxoş sürücünü digərlərindən fərqləndirən onun maşın deyil, at sürməsi olub. Hadisə Konya şəhərinin Ereğli qəsəbəsində qeydə alınıb.
Bir kişinin sərxoş halda ata minməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları Aksoy kəsişməsində həmin atlıya “saxla” əmri veriblər. Lakin o, buna məhəl qoymayaraq, avtomobillərin gəlişi istiqamətində əksinə. Uzun sürən təqibdən sonra atlı saxlanılıb. Onun spirtli içkinin təsirində olması müayinə ilə sübuta yetirilib.
Saxlanılan Ferdi Kocatürk barəsində sərxoş halda nəqliyyat vasitəsi idarə etmək, “saxla” əmrinə tabe olmamaq və əks yolda nəqliyyat vasitəsi idarə etmək maddələri ilə 10 min 111 tl (təxminən 906 manat) cərimə cəzası təyin edilib.