Sənədləri yoxlanılan kişi polisin ayağını sındırdı
28 may 2024 10:45 (UTC +04:00)

Sənədləri yoxlanılan kişi polisin ayağını sındırdı

Rusiyanın Krasnoyarsk diyarında bir nəfər sənəd yoxlanılmasına görə müqavimət göstərib və polisin ayağını sındırıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, İstintaq Komitəsinin məlumatına görə, hadisə mayın 26-da axşam saatlarında baş verib. Yol polisi müfəttişləri Krasnoyarskın Leninski rayonunda növbətçi olublar və orada şübhəli kişini görüblər. Sənədlərini yoxlamaq üçün onu saxlayıblar. Polisin hərəkətindən narazı qalan kişi müqavimət göstərib, nəticədə asayiş keşikçilərindən birinin sağ baldır sümüyü sınıb.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi (“Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etmə”) ilə cinayət işi başlanıb. O, əvvəllər oğurluq və soyğunçuluq cinayətlərinə görə məsuliyyətə cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1731
avatar

Oxşar yazılar