Şəmkirdə çay evi yandı
03 avqust 2025 08:30 (UTC +04:00)

Şəmkirdə çay evi yandı

Şəmkir rayonunda yanğın hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən çay evində qəfil yanğın baş verib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində çay evi içərisindəki əşyalarla birlikdə yanıb. Alov söndürülüb, ətrafdakı bir neçə tikili yanğından mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 290

Oxşar yazılar