Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Sərxan kəndi ərazisində sərt döngədə qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili idarəetmədən çıxaraq 100-150 metr dərəyə yuvarlanıb.
Hadisə nəticəsində minik avtomobili deformasiyaya uğrayıb və dərhal əraziyə FHN-nın xilasediciləri cəlb olunub.
Avtomobildə sıxılmış vəziyyətdə olan Şəmkir rayon sakinləri 1971-ci il təvəllüdlü Z. Məmmədov, 1972-ci il təvəllüdlü G. Yolçuyev, 1983-cü il təvəllüdlü N. Səfərov, 1991-ci il təvəllüdlü O. Məmmədov və 1979-cu il təvəllüdlü E. Süleymanov çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Onlardan 4-ünün vəziyyətinin ağır olması səbəbilə Gəncə şəhərinə aparılıb.