Şəkidə atdan yıxılan kişi ölüb.
Lent.az-ın məlumatına görə, hadisə sentyabrın 2-də Daşüz kəndində baş verib. Həmin kənd sakini 45 yaşlı Şabanov Müşviq Şaban oğlu atdan yıxılaraq, kəllə-beyin travması alıb.
Xəstəxanaya yerləşdirilən M. Şabanov sentyabrın 8-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.