Şəkidə dağlıq ərazidə yanğın başladı
18 mart 2025 20:24 (UTC +04:00)

Şəkidə dağlıq ərazidə yanğın başladı

Şəkidə çətin relyefli yüksək dağlıq ərazidə yanğın başlayıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saat 17 radələrində Şəki rayonu Baş Şabalıd kənd inzibati ərazisinin yaxınlığında çətin relyefi yüksən dağlıq-meşəlik ərazidə yanğın başlayıb.

Yanğının söndürülməsi üşün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikası, canlı qüvvəsi və Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, yanğın 15 hektar ərazini əhatə edir. Ərazidə quru ot, kol-kos, xəzəl və xırda ağaclar yanır.

Yanğın çətin relyefli yüksək dağlıq ərazidə olduğu üçün yanğının söndürülməsində ancaq əl əməyindən və yanğınsöndürən balonlardan istifadə edilir.

Hazırda yanğın davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312

Oxşar yazılar