Saxta kürü satanlar
30 dekabr 2020 15:52 (UTC +04:00)

Saxta kürü satanlar

Saxta kürü satanlar tutuldu - FOTOLENT

İstifadəyə yararsız balıq kürüsü satan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində sosial şəbəkə vasitəsi ilə keyfiyyətsiz, istifadəyə yararsız balıqların kürüsünü satan şəxslər müəyyən ediliblər. Əməliyyat zamanı Vasif Qurbanov və Əzim Ağayev saxlanılaraq Polis İdarəsinə gətirilib.  Onlardan ümumilikə hər birinin çəkisi 70 qram olan 32 şüşə kürü aşkar edilərək götürülüb. Saxlanılan şəxslər keyfiyyətsiz kürüləri qablaşdıraraq yerli və keyfiyyətli məhsul kimi vətəndaşlara müxtəlif qiymətlərə satdıqlarını etiraf ediblər. Onların bu məqsədlə istifadə etdikləri obyektdən  yararsız balıq məhsulları və kürülər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 200.1-ci ( İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2373
avatar

Mehman Nəbiyev

Oxşar yazılar