Qanunsuz ovlanan cüyür və porsuqlar
12 noyabr 2021 13:01 (UTC +04:00)

Qanunsuz ovlanan cüyür və porsuqlar

Satışda CÜYÜR, PORSUQ ƏTİ - Satıcı tutuldu - FOTO

İsmayıllı rayonu Bizlan kəndində qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, həmin şəxsin Bizlan kənd sakini Ravil Hümbətov olduğu müəyyən edilib və o, Polis Şöbəsinə gətirilib. Saxlanılan şəxsdən müvafiq sənədləri olmayan bir ədəd “İJ” markalı ov tüfəngi götürülüb. Davam etdirilən tədbirlərlə R.Hümbətovun işlədiyi ət mağazasından qanunsuz ovlayaraq satmaq məqsədilə saxladığı 1 baş cüyür və 3 porsuq da aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526
avatar

Mehman Nəbiyev

Oxşar yazılar