Samux sakinini ilan sancıb.
Lent.az-a APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Kənd sakini 56 yaşlı F.Qasımovu əkin sahəsində işləyərkən ilan sancıb.
O, xəstəxanaya yerləşdirilib, ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta ağır olduğu bildirilir.