Sambo və Kikboksinqin sabiq vitse-prezidentinə HÖKM OXUNDU
04 sentyabr 2023 10:43 (UTC +04:00)

Sambo və Kikboksinqin sabiq vitse-prezidentinə HÖKM OXUNDU

Azərbaycan Sambo və Kikboksinq federasiyalarının sabiq vitse-prezidenti Səbuhi Rəcəbə hökm oxunub.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən proses başa çatıb.

Hökmə əsasən, Səbuhi Rəcəb 7 il 6 ay azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, peşəkar idmançı 341 min manatlıq dələduzluqda ittiham olunur.

Məlumata görə, Səbuhi Rəcəb üç nəfərə yalan vəd verərək 341 min manat dələduzluqda təqsirli bilinir. İdmançı barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanaraq məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Sambo və Kikboksinq federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.

2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2453

Oxşar yazılar