Salyanda qəza 1 nəfərin  həyatına son qoydu
01 sentyabr 2025 08:18 (UTC +04:00)

Salyanda qəza 1 nəfərin həyatına son qoydu

Salyanda baş verən qəzada ölən və xəsarət alanlar var

Lent.az xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində baş verib.

Belə ki, “Mercedes Atego” markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Nəticədə 1978-ci il təvəllüdlü Zalıyev Daşqın Aydın oğlu hadisə yerində ölüb. Yük avtomobilinin sürücüsü, Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Həsənəliyev Şükran Həşim oğlu və Salyan rayon sakini, 1977-ci il təvəllüdlü Babayev Alik Əlifağa oğlu müxtəlif dərəcəli xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar