Şabranda yük və minik avtomobili toqquşdu, ana və qızı yaralanıb - FOTO
18 noyabr 2023 16:04 (UTC +04:00)

Şabranda yük və minik avtomobili toqquşdu, ana və qızı yaralanıb - FOTO

Bakı-Quba yolunun Şabran rayonunun Günəşli kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Sumqayıt sakini Mahmudov Filman Telman oğlunun idarə etdiyi 99 JN 675 dövlət nömrə nişanlı, “Mersedes” markalı yük avtomobili Şabran rayon sakini Elvin Orucovun idarə etdiyi 77 XL 701 dövlət qeydiyyat nişanlı “Kia” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “Kia” yoldan çıxaraq aşıb.

Hadisə zamanı minik avtomobilində olan şəxslər, sürücünün həyat yoldaşı, 1984-cü il təvəllüdlü Rübabə Orucova və qızı - 2010-cu il təvəllüdlü Gülay Orucova xəsarət alıblar. Onlar Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şabranda yük və minik avtomobili toqquşub, ana və qızı xəsarət alıb - FOTO Şabranda yük və minik avtomobili toqquşub, ana və qızı xəsarət alıb - FOTO Şabranda yük və minik avtomobili toqquşub, ana və qızı xəsarət alıb - FOTO Şabranda yük və minik avtomobili toqquşub, ana və qızı xəsarət alıb - FOTO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3837

Oxşar yazılar