Arsen Avakov
10 mart 2022 17:00 (UTC +04:00)

Arsen Avakov

Sabiq bakılı nazirdən AÇIQLAMA: "Ölməmişəm" - YENİLƏNİB

Arsen Avakov ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib.

Lent.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

O qeyd edib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil və dezinformasiyadır.

***

Saat: 16:07

Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun Xarkovda öldürüldüyü barədə xəbər yayılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, onun Rusiya ordusunun Xarkova endirdiyi hava zərbələri nəticəsində həlak olduğu deyilir. Avakovun ölümü barədə rəsmi məlumat yoxdur.

Xatırladaq ki, Arsen Avakov 1964-cü il yanvarın 2-də Bakı şəhərində, indiki Rəsulzadə qəsəbəsində anadan olub. O, milliyətcə ermənidir.

# 6402
avatar

Mehman Nəbiyev

Oxşar yazılar