Saatlıda kişi itkin düşdü
12 fevral 2025 11:28 (UTC +04:00)

Saatlıda kişi itkin düşdü

Saatlıda kişi itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Saatlı rayon sakini, 66 yaşlı Seyidov Mirhəsən Mirabdulla oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

M.Seyidovun boyu 162 sm., orta bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi qəhvəyidir. 

Evdən çıxan zaman üzərində qara rəngli palto, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in 102 Xidməti Zəng Mərkəzinə və ya Saatlı Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 477

Oxşar yazılar