Rüşvətxor polis zabitləri HƏBS OLUNDU
13 avqust 2025 14:48 (UTC +04:00)

Rüşvətxor polis zabitləri HƏBS OLUNDU

Rusiyanın Kalininski Rayon Məhkəməsi Daxili İşlər Nazirliyinin “Novosibirsk” İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin dörd keçmiş əməkdaşını 10 ilədək müddətə azadlıqdan məhrum edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, onlar rüşvətxorluqda ittiham olunublar.

Məhkəmə qarşısına keçmiş polis əməkdaşları — İqor Yuşin, Aleksey Pirski, Andrey Melnikov və Anatoli Semyonov çıxarılıb. Onlar Cinayət Məcəlləsinin 290-cı maddəsi (“Rüşvət alma”) üzrə təqsirli biliniblər.

Məhkəmə onların hər birinə səkkiz ildən on ilədək ciddi rejimli həbsxanada cəza təyin edib. 

Bundan əlavə, onlara cərimə kəsilib. Həmçinin, hər biri zabit rütbələrindən məhrum edilib.

Məhkəmənin müəyyən etdiyinə görə, təqsirləndirilənlər ayaqqabı və tütün məmulatlarının satışı ilə məşğul olan sahibkarlardan rüşvət tələb ediblər. Qeyd olunur ki, polislər nəzarət məqsədilə malları alaraq yoxlama aparıb və onları müsadirə ediblər. Yoxlamanın aparılmaması və müsadirə olunmuş malların geri qaytarılması üçün isə sahibkarlardan pul tələb ediblər. Ümumi məbləğ 2 milyon rubldan çox olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar