Rusiyadan göndərilən kömür vaqonu yandı - FOTO
07 fevral 2025 08:06 (UTC +04:00)

Rusiyadan göndərilən kömür vaqonu yandı - FOTO

Ötən gün Hacıqabul stansiyasında Rusiyadan göndərilən ağac kömürü yüklənmiş 1 vaqonda tüstülənmə ilə müşahidə olunan yanğın baş verib.

Lent.az xəbər verir ki, yanğının qarşısının alınması üçün vaqon hərəkət tərkibindən ayrılıb, yanmış kömürlər vaqondan boşaldılıb, soyutma işləri aparılıb. Yanğın söndürülüb.

İlkin versiyaya görə, hadisə vaqondakı kömürlər bir-birinə sürtündükcə yaranan qızışmaya görə baş verib.

Vaqon Yalama stansiyasında yükdaşıma qaydalarına uyğun olaraq həm gömrük, həm də yükgöndərən tərəfindən plomblanmış şəkildə qəbul edilib. Qaydalara əsasən, vaqon bu şəkildə təyinat nöqtəsində çatdırılmalıdır.

Yüklərin vaqona yükgöndərən tərəfindən yükləndiyini, vaqonun plomblu olduğunu və bu formada təhvil verilməli olduğunu nəzərə alsaq, hadisədə məhz yükgöndərən məsuliyyət daşıyır.

Yanğın nəticəsində Azərbaycan Dəmir Yollarına zərər dəyməyib.

Yanğınsöndürmə işlərinə cəlb olunan ADY-nin bir əməkdaşı halı pisləşdiyi üçün həkimə aparılıb, lakin səhhətində heç bir problem olmadığı üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar

Bakıda DƏHŞƏT:  kişi özünü binadan atdı

Bakıda DƏHŞƏT: kişi özünü binadan atdı

7 fevral 2025 , 10:39
Zaqatalada yol qəzası olub, yaralanan var

Zaqatalada yol qəzası olub, yaralanan var

7 fevral 2025 , 10:15
Binada YANĞIN:  ikisi uşaq olmaqla, 4 nəfər öldü  - VİDEO

Binada YANĞIN: ikisi uşaq olmaqla, 4 nəfər öldü - VİDEO

7 fevral 2025 , 09:58
Yanvar ayında orduda bu cinayətlər olmayıb

Yanvar ayında orduda bu cinayətlər olmayıb

7 fevral 2025 , 09:55
Bakıda 10 gün əvvəl qəzaya düşən sürücü öldü

Bakıda 10 gün əvvəl qəzaya düşən sürücü öldü

7 fevral 2025 , 09:48
Sumqayıtda icra məmuru qadını vurub öldürdü

Sumqayıtda icra məmuru qadını vurub öldürdü

7 fevral 2025 , 09:22
Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ oldu

7 fevral 2025 , 09:01
Bakıda kafedə mübahisə bıçaqlanma  ilə nəticələndi

Bakıda kafedə mübahisə bıçaqlanma ilə nəticələndi

7 fevral 2025 , 08:51