Azərbaycanlı gənc Yunanıstanda HƏBS EDİLDİ
06 fevral 2025 22:51 (UTC +04:00)

Azərbaycanlı gənc Yunanıstanda HƏBS EDİLDİ

Azərbaycanlı gənc Elvin Əhmədov Yunanıstanda həbs edilib.

Lent.az verir ki, bir aydan çoxdur ki, həbsdə saxlanılan İmişli rayonu, Mircəlal kənd sakini Elvin Əhmədov "Xəzər Xəbər"ə bu barədə açıqlama verib.

O, telefon zəngində bildirib ki, 5 aydır nişanlandığı üçün Türkiyədə, Antalyada yaşayırmış.

O deyib ki, işi ilə əlaqədar Fethiye bölgəsindən mühərrikli qayıqla Bodruma gələrkən qayıqda nasazlıq yaranıb. Elə hər şey də bundan sonra baş verib.

Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Korderius həbsxanasında saxlanılan Elvin iddia edir ki, saxlanılması və öz ölkəsinə deport edilməməsi qanunsuzdur. Çünki onun yaxalandığı qayığın texniki göstəricisi belə Türkiyədən Yunanıstana qədər gəlmək üçün uyğun deyil.

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) "Xəzər Xəbər"ə bildirilib ki, Elvin Əhmədovun Yunanıstanda həbs edilmə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597

Oxşar yazılar

Bakıda şagirdlərə müəmmalı KAĞIZ PAYLANILIR

Bakıda şagirdlərə müəmmalı KAĞIZ PAYLANILIR

7 fevral 2025 , 00:31
Sumqayıtda "Mercedes" piyadanı vurub öldürdü

Sumqayıtda "Mercedes" piyadanı vurub öldürdü

6 fevral 2025 , 20:58
Zaqatala sakinləri Şəkidə qəzaya düşdü

Zaqatala sakinləri Şəkidə qəzaya düşdü

6 fevral 2025 , 20:57
Gəncədə "07" iki piyadanı  vurdu

Gəncədə "07" iki piyadanı vurdu

6 fevral 2025 , 20:25
Şantaja görə həbs edilən  sayt rəhbərlərinin   məhkəməsi başladı

Şantaja görə həbs edilən sayt rəhbərlərinin məhkəməsi başladı

6 fevral 2025 , 18:27
Məhkəməyə verilən  saytla bağlı   QƏRAR

Məhkəməyə verilən saytla bağlı QƏRAR

6 fevral 2025 , 18:17
Milli Qvardiyanın  əsgəri məzuniyyətdə 3 hərbi maşını yandırdı

Milli Qvardiyanın əsgəri məzuniyyətdə 3 hərbi maşını yandırdı

6 fevral 2025 , 17:29
Famil Xəlilova hökm oxundu

Famil Xəlilova hökm oxundu

6 fevral 2025 , 17:04