Rusiyada 3 azərbaycanlı qəzada həlak oldu
31 may 2025 10:58 (UTC +04:00)

Rusiyada 3 azərbaycanlı qəzada həlak oldu

Rusiyada dəhşətli qəzada 3 Azərbaycan vətəndaşı həlak olub.

Lent.az xəbər verir ki, hadisə mayın 30-u saat 14 radələrində Şimali Osetiyanın Vladikafkaz şəhərində, Dzuarikau-Arxonskaya avtomobil yolunda baş verib.

"Priora" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə 5 nəfər həlak olub, 4 nəfər yaralanıb. Sosial şəbəkədə yayılan məlumatlara əsasən, ölənlərdən ikisi Qazax rayonu Daş Salahlı kənd, biri isə Ağstafa rayonu Muğanlı kənd sakinləridir. Məlumata görə, dünyasını dəyişən Qazax sakinləri 33 yaşlı Yusifov Pərvin Yusif oğlu, 23 yaşlı Köçər İlqar oğlu Hüseynov və Ağstafa sakini 26 yaşlı Məmmədov Ceyhun Arif oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1447

Oxşar yazılar