Ələ keçirilən narkotik
26 noyabr 2021 11:58 (UTC +04:00)

Ələ keçirilən narkotik

Rayonda narkotik satan qardaşlar tutuldu - FOTO

Zərdab rayon Polis Şöbəsinin əməkdaşları rayon sakini Elməddin Qəribovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, onun avtomobilinə baxış zamanı marixuana aşkar edilib. Narkotik vasitə ilə əlaqəli olan Ağcabədi rayon sakinləri Müşviq İsmayılov və onun qardaşı İlham da müəyyən edilərək saxlanılıb.

Hazırda faktla bağlı Zərdab rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1683
avatar

Mehman Nəbiyev

Oxşar yazılar