Rano Şaripova Azərbaycanda həbs edildi
05 avqust 2025 15:01 (UTC +04:00)

Rano Şaripova Azərbaycanda həbs edildi

Tacikistan Respublikasının hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Lent.az xəbər verir ki, təkrar və xeyli miqdarda dələduzluqda ittiham edilərək 2021-ci ildə dövlətlərarası axtarışa verilmiş Tacikistan Respublikasının vətəndaşı 1973-cü il təvəllüdlü Şaripova Rano Sirojevnanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib. 

Təqsirləndirilən Rano Şaripova cari ildə ölkəmizdə müəyyən edilərək həbs edilib. 

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar