Qəzəbli ayı dörd nəfəri öldürdü: üç nəfəri yaraladı
08 dekabr 2020 17:19 (UTC +04:00)

Qəzəbli ayı dörd nəfəri öldürdü: üç nəfəri yaraladı

Hindistanın Çhattisqarh əyalətinin Anjvahi kəndinin sakinlərinə qəzəbli bir ayı hücum edib, dörd nəfər öldürüb və üç nəfəri yaralayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, dekabrın 6-da axşamı bir qrup kəndli yabanı bitki toplamaq üçün meşəyə gedib. Orada vəhşi ayı onlara hücum edib. Heyvan dörd hindistanını öldürüb və daha üç nəfəri yaralayıb.

"Cəsədlər yarılma üçün göndərilib və yaralılar  xəstəxanaya yerləşdirilib", - rayon vergi yığıcısı Satya Narayan Rathor deyib.

Hücum yerli sakinlər arasında çaxnaşmaya səbəb olub. Hadisədən sonra ayını qovmaq üçün əraziyə meşə təsərrüfatı işçiləri və polislər göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1995
avatar

Oxşar yazılar