Qazaxda maşın necə aşdısa... - Xəstəxanalıq oldu
01 iyun 2025 18:07 (UTC +04:00)

Qazaxda maşın necə aşdısa... - Xəstəxanalıq oldu

Qazaxda yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Toyota" markalı  minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü 1959-cü il təvəllüdlü A.Zeynalov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1344

Oxşar yazılar