Qaxda yataq xəstəsinin siqaret çəkməsi  YANĞINA SƏBƏB OLDU
16 avqust 2022 22:19 (UTC +04:00)

Qaxda yataq xəstəsinin siqaret çəkməsi YANĞINA SƏBƏB OLDU

Qaxda 61 yaşlı kişi bədbəxt hadisə nəticəsində yanıq xəsarəti alıb. 

Lent.az xəbər verir ki, axşam saatlarında Qax şəhər, Rəşid Behbudov 40 ünvanında yaşayan 61 yaşlı Elsevər Saat oğlu Saatov yuxarı ətrafın yanıq xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub. 

Müayinə zamanı E. Saatovun yaşadığı ünvanda bədbəxt hadisə nəticəsində yanıq xəsarəti aldığı məlum olub.

Yataq xəstəsi olan E. Saatov siqaret çəkən zaman yanar siqaret kötüyü əlindən yatağa düşüb. 

Bundan sonra yataq yanmağa başlayıb. 

Yanğın zamanı yorğan və çarpayının ətrafındakı divar kağızı yanıb. 

Hadsə nəticəsində E. Saatov xəsarət alıb. 

Onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Vüqar Heydərov
 

# 1287
avatar

Oxşar yazılar