Qadın sərxoş ərini benzin töküb yandırdı
09 sentyabr 2023 14:51 (UTC +04:00)

Qadın sərxoş ərini benzin töküb yandırdı

Krasnoyarsk diyarında qadın əri ilə mübahisə etdikdən sonra onu yandırmağa cəhd edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə vilayətin Sosnovoborsk şəhərində baş verib. Evə sərxoş gələn kişi həyat yoldaşı ilə mübahisə edərək, yatıb. Qadın işsiz ərindən qurtulmaq qərarına gəlib. Bu məqsədlə onu benzin tökərək yandırıb.

Ərinin ağır yaralanacağından qorxaraq onu söndürməyə başlayıb, kişi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qadına qarşı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2451

Oxşar yazılar