Postda saxlanılan maşından heroin tapıldı
29 sentyabr 2021 13:34 (UTC +04:00)

Postda saxlanılan maşından heroin tapıldı

Siyəzəndə avtomobildən narkotik maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Siyəzən rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları əməliyyat tədbiri keçiriblər. Nəticədə sentyabrın 27-də saat 23 radələrində DYP-nin Zarat kəndi ərazisindəki postunda şəhər sakini X.Abdullayevin idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılıb.

Şəxsi axtarış zamanı X.Abdullayevdən və sərnişini, əvvəllər məhkum olunmuş R.Əbdülovdan heroin aşkar edilib. Avtomobilə baxış zamanı isə heroin və 1 ədəd elektron tərəzi götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1344
avatar

Mehman Nəbiyev

Oxşar yazılar