Polisinin tələbinə riayət etməyən sürücü həbs edildi - SƏBƏB
09 avqust 2025 13:44 (UTC +04:00)

Polisinin tələbinə riayət etməyən sürücü həbs edildi - SƏBƏB

Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib.

Bakı Şəhər DYP İdarəsindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan, dövlət qeydiyyat nişanı olmadan, avtomobilində konstruksiya dəyişikliyi etmiş və sürücülük hüququ məhdudlaşdırılmış "Renault" markalı, 01-CB-813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsinin sürücüsü Məhəmməd Əzizov saxlanılıb. O, saxlanılan zaman yol polisinin qanuni tələblərinə riayət etmədiyi üçün ərazi polis orqanına təhvil verilib.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Əzizov 20 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar