Polisin iki sərxoşa iradı ölümlə nəticələndi
08 iyul 2021 00:20 (UTC +04:00)

Polisin iki sərxoşa iradı ölümlə nəticələndi

Moskva vilayətində iki sərxoş rusa irad bildirən polis öldürülüb.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, polis əməkdaşı xidmətdən sonra evə qayıdıb. O, küçədə bərkdən mübahisə edən iki kişi ilə rastlaşıb. Polis onlara xəbərdarlıq edəndən sonra içkili şəxslərdən biri ona bıçaqla hücum edib. Yaralı polis xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Hücum edən şəxs saxlanılıb və ona qarşı cinayət işi açılıb. 
 

# 1650
avatar

Oxşar yazılar