Polis zabiti Xudiyev adam döydüyünə görə HƏBS EDİLDİ
27 iyun 2024 13:32 (UTC +04:00)

Polis zabiti Xudiyev adam döydüyünə görə HƏBS EDİLDİ

Sankt-Peterburq şəhərinin Vıborq Rayon Məhkəməsi vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittiham olunan polislər Hacı Xudiyev və Aleksey Litkini iki aylıq həbs edib.

Lent.az xəbər verir ki, bu barədə mediaya Sankt-Peterburq məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu ilin aprelində cinayət-axtarış qrupunun əməliyyatçısı Litkin və növbətçi Xudiyev Vıborq rayon polis şöbəsinə müraciət edən şəxsə qarşı fiziki güc tətbiq ediblər. Polislər və vətəndaş arasında münaqişə yaranıb. İttihamda isə bu məqam “qəfil yaranan şəxsi düşmənçilik münasibətləri zəminində” kimi qiymətləndirilib.

Məlumatda bildirilir ki, zabitlər vətəndaşı yumruq və təpiklə vurublar və ona “elektroşok” cihazı ilə azı 10 zərbə endiriblər.

Şübhəlilər saxlanılıb və onlara qarşı ittiham irəli sürülüb. Məhkəmə istintaqın vəsatətini təmin edərək, təqsirləndirilən şəxsləri 24 avqust 2024-cü il tarixinədək həbsə göndərib. Cinayət işinin istintaqı isə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5682
avatar

Cavidan HUN

Oxşar yazılar

Avtomobil YDM-nə arxası üstə girdi -VİDEO

Avtomobil YDM-nə arxası üstə girdi -VİDEO

30 iyun 2024 , 06:10
Bakıda avtomobil piyadanı vuraraq komaya salıb

Bakıda avtomobil piyadanı vuraraq komaya salıb

30 iyun 2024 , 05:24
Sabirabadda 26 yaşlı kişi özünü asdı

Sabirabadda 26 yaşlı kişi özünü asdı

29 iyun 2024 , 21:54
Qaxda DƏHŞƏTLİ QƏZA:  3 nəfər öldü

Qaxda DƏHŞƏTLİ QƏZA: 3 nəfər öldü

29 iyun 2024 , 21:19
Xaçmaz sakini iyunun 4-dən evdən gedəndir - AXTARILIR

Xaçmaz sakini iyunun 4-dən evdən gedəndir - AXTARILIR

29 iyun 2024 , 19:34
Deputat neft oğurluğuna görə  tutuldu

Deputat neft oğurluğuna görə tutuldu

29 iyun 2024 , 18:17
Daşkəsəndə dağ uçdu

Daşkəsəndə dağ uçdu

29 iyun 2024 , 18:11
Mürşüd Məmmədov Bakı həbsxanasında  öldü

Mürşüd Məmmədov Bakı həbsxanasında öldü

29 iyun 2024 , 15:31