Sosial şəbəkələrdə yayılan video-görüntüdə polis əməkdaşlarının sürücünü məktəbli övladlarının gözü qarşısında döydüyü iddia olunur.
Bununla bağlı Lent.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, polislər vətəndaşı döyməyiblər:
“Vətəndaş küçədə özünə və ətrafdakılara xəsarət yetirməyə cəhd edərkən polis əməkdaşları ona mane olmağa çalışıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır”.