Polis şöbəsində öldürülən qadının əmisi oğlu OD PÜSKÜRDÜ
30 sentyabr 2021 20:53 (UTC +04:00)

Polis şöbəsində öldürülən qadının əmisi oğlu OD PÜSKÜRDÜ

Bu gün Bakıda polis şöbəsində qətlə yetirilən Xanım Məmmədovanın əmisi oğlu Ramazan Əliyev hadisə barədə sosial şəbəkədə əsassız iddialar yayanlara cavab verib.

Lent.az xəbər verir ki, o, hadisə ilə bağlı bilib-bilmədən lazımsız paylaşım edənlərə bunları deyib:

"Məcbur olub bu postu paylaşıram. Ürəyim dözmədi. Bu gün səhər saatlarında əmim qızı əri tərəfindən polis şöbəsində odlu silahdan açılan atəş nəticəsində qəsdən öldürülüb. Bunu hamı bilir. Məni incidən tərəf həm ölüm, həm də bizim cəmiyyətin düşüncə tərzidir...

Biz burada can-cana sığmırıq, amma bəziləri isti evində oturub ağzına gələni danışır. Hadisə haqqında paylaşılan məlumatların rəylərinə baxıram, dəhşətə gəlirəm.

Biri yazır ki, kişi düz edib, biri yazır ki, üzr istəyirəm qadın axmaq qadın olub falan-filan. Birinə yazdım, beşinə yazdım... Amma görürəm küt beyinlərlə bacarmaq olmur. Heç kim heç kəsin ailəsinin daxilini bilmir. Mən də burada ailə sirrini açıb deyən deyiləm. Yazanda öz doğmalarınızı fikirləşib yazın. Sadəcə Allahdan tək diləyim var. Kim ki, elə düşünür, gic-gic danışır ailəsinin başına gəlsin. Onda anlayar məni...

Hələ biri də var ki, İsveçrədə qalır. Günahkar olduğu halda Daxili İşlər Nazirliyinin rəsmi səhifəsində məni söyür. İmkan verin camaat acısını yaşasın. Sizin də ananız, qızınız bacınız var...

Kişi olun!".

Qeyd edək ki, bu gün səhər saat 9 radələrində Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qətl hadisəsi baş verib. Rayon Polis İdarəsinin PPB-nün polis nəfəri İsmayıl Məmmədov 24-cü şöbəyə ondan şikayətə gələn arvadı 26 yaşlı Xanım Məmmədovanı güllələyərək öldürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 43629
avatar

Mehman Nəbiyev

Oxşar yazılar