Piyada hadisə yerində DÜNYASINI DƏYİŞDİ
09 iyul 2022 12:32 (UTC +04:00)

Piyada hadisə yerində DÜNYASINI DƏYİŞDİ

Tərtərdə sürücü 1 nəfəri vuraraq qaçıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 8-də saat 20 radələrində Tərtər rayonunun Köçərli kəndi ərazisində rayon sakini B.Kərimov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Cümşüd Məmmədovu vurub hadisə yerini tərk edib. Nəticədə C.Məmmədov hadisə yerində ölüb.

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınan B.Kərimov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1883

Oxşar yazılar