Bakı sakininə qarşı dələduzluq edilib.
Lent.az xəbər verir ki, təqaüdünün yenidən bərpa edilməsini istəyən Mobil Qasımov dələduzluqla üzləşib. Belə ki, bu işdə ona kömək edəcəyini deyən Elşən İbrahimov onun 7 min manatını əlindən alıb.
Aldadıldığını görən zərərçəkmiş polisə üz tutub. Xəzər rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə E. İbrahimov saxlanılıb.
O, əməlini etiraf edib və zərərçəkmişə dəyən ziyan tam ödətdirilib.