Narkotik yetişdirən Sənan İbrahimov
12 avqust 2021 10:02 (UTC +04:00)

Narkotik yetişdirən Sənan İbrahimov

"Parnik"də tərəvəz əvəzinə narkotik yetişdirdi-FOTO

Göyçayda istixanada narkotik yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Ləkçıplaq kənd sakini Sənan İbrahimov saxlanılıb.

Ona məxsus torpaq sahəsində yerləşən istixanaya baxış keçirilən zaman pomidor şitillərinin arasında xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi, ümumi çəkisi 14 kiloqrama yaxın 17 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1755
avatar

Mehman Nəbiyev

Oxşar yazılar