Ordumuzun əsgəri öz silahından açılan atəşdən ÖLDÜ
09 iyul 2022 11:07 (UTC +04:00)

Ordumuzun əsgəri öz silahından açılan atəşdən ÖLDÜ

Azərbaycan ordusunun əsgəri ölüb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, iyulun 8-i saat 21 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayramov Hüseyn Ruslan oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

Faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.

# 2412
avatar

Aytəkin Cəlali

Oxşar yazılar