Oğurladıqlarını onlayn alış-veriş saytlarında satanlar ələ keçdi - FOTO
19 mart 2022 15:10 (UTC +04:00)

Oğurladıqlarını onlayn alış-veriş saytlarında satanlar ələ keçdi - FOTO

Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, zərərçəkən Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edərək evdən televizor və digər məişət əşyalarının oğurlandığını bildirib.

Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin qəsəbədə yaşayan daha 2 sakinin ərizəsi Polis Bölməsində qeydə alınıb. Onlar da evlərindən məişət əşyalarının oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxslər tərəfindən törədildiyi müəyyən edilib.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Qurban Məhərrəmov və Zaur Əliyev saxlanılıblar. Onlar izahatlarında etdikləri oğurluqları etiraf ediblər. Araşdırmalar zamanı dəstə üzvlərinin Sabunçu rayonunda daha 3 evdən oğurluq etdikləri müəyyən edilib.

Qeyd edək ki, Qurban Məhərrəmov və Zaur Əliyev evlədən oğurladıqları televizorları tanışları Müşfiq Həmidovun köməkliyi ilə onlayn alış-veriş saytlarına yerləşdiriblər. Orada həmin əşyaları sataraq əldə etdikləri pulu aralarında bölüblər. Müşfiq Həmidov da polislər tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Faktlarla bağlı 23-cü Polis Bölməsində toplanan materiallar Nizami Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir. Saxlanılanların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1457

Oxşar yazılar

Gəncədə qazi intihara cəhd  etdi

Gəncədə qazi intihara cəhd etdi

24 aprel 2025 , 18:53
Azərbaycanda daha bir DOĞUŞ FACİƏSİ:  körpə öldü - YENİLƏNİB

Azərbaycanda daha bir DOĞUŞ FACİƏSİ: körpə öldü - YENİLƏNİB

24 aprel 2025 , 17:52
140 yumurta oğurladı:  7 il həbs cəzası  verildi

140 yumurta oğurladı: 7 il həbs cəzası verildi

24 aprel 2025 , 16:35
Qubada it  məktəblinin başını   yedi -YENİLƏNİB

Qubada it məktəblinin başını yedi -YENİLƏNİB

24 aprel 2025 , 16:10
Əvəz Zeynallı ilə bağlı YENİ MƏHKƏMƏ

Əvəz Zeynallı ilə bağlı YENİ MƏHKƏMƏ

24 aprel 2025 , 16:06
Bakıda ŞOK OĞURLUQ:  qəbirləri qazıb qızıl dişləri oğurladı

Bakıda ŞOK OĞURLUQ: qəbirləri qazıb qızıl dişləri oğurladı

24 aprel 2025 , 15:25
Ukrayna onu Azərbaycana təhvil verdi

Ukrayna onu Azərbaycana təhvil verdi

24 aprel 2025 , 14:57
İsmayıllıda zəlzələ  oldu

İsmayıllıda zəlzələ oldu

24 aprel 2025 , 14:45