Oğru əvvəlcə çılpaq yatan qadına  sataşdı, sonra pulqabısını  götürüb qaçdı
01 avqust 2025 19:59 (UTC +04:00)

Oğru əvvəlcə çılpaq yatan qadına sataşdı, sonra pulqabısını götürüb qaçdı

İspaniyanın Kosta del Sol şəhərində yaşayan qadın evinə girən oğru tərəfindən təcavüz edilib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, oğru evdə 32 dəqiqə dolaşaraq 8 dəfə yatmış qadının otağına daxil olub. 

Hadisədən sonra dəhşətə gələn qadın hələ də gecələr tualetə tək gedə bilmədiyini və psixoloji dəstək almağa başladığını bildirib.

İspaniyanın Kosta del Sol şəhərində yaşayan ana evinə oğru girəndə dəhşətli hücuma məruz qalıb. O, istidə çılpaq yatarkən təhlükəsizlik kamerası görüntülərində maskalı bir kişinin fənərlə bədəninə baxdığı əks olunub. 

Hadisə gecə saatlarında baş verib. Oğru evə daxil olan zaman qadın partnyoru ilə yataq otağında yatıb. Kişi 8 dəfə yataq otağına daxil olaraq ümumilikdə 32 dəqiqə evin ətrafında dolaşıb. Qadının dediyinə görə, o, onun açıq qalan bədəninə diqqətlə baxıb və onun üzərinə fənərlə işıq salıb.

Hırsız, çıplak uyuyan kadını önce taciz etti sonra cüzdanını alıp gitti!

"Kameraya baxanda şoka düşdüm. Kişi davamlı olaraq məni izləyirdi. O, oğurluq etmirdi, sanki başqa məqsədlə gəlmişdi", - qadın deyib.

Oğru evdən yalnız içərisində 300 avro olan pulqabı ilə çıxıb. O, digər qiymətli əşyalarına və oğullarının qonşu otaqdakı əşyalarına dəymədən gedib. Bu, kişinin əsl niyyətinin oğurluq olmadığına, əksinə, qadına qarşı başqa çirkin planlarının olduğuna dair şübhələri artırıb.

Qadın hadisədən sonra güclü qorxu yaşayıb. O, hələ də gecələr tualetə tək gedə bilmədiyini, daim evdə təhlükəsizlik kameralarını yoxladığını və psixoloji dəstək axtarmağa başladığını bildirib.

O, qorxusunu belə izah edib: "Bəs o gecə tək olsaydım? Oyanıb onunla qarşılaşsaydım nə olardı? Nə olacağını düşünmək belə istəmirəm".

Görüntüləri polisə təqdim etdikdən sonra qadın sosial şəbəkədə paylaşaraq oğrunun tutulması üçün kömək istəyib. Polis hələ də oğrunu axtarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1354

Oxşar yazılar