Oğlu intihar edən ata özünü  eyvanda asdı
27 fevral 2025 13:13 (UTC +04:00)

Oğlu intihar edən ata özünü eyvanda asdı

İzmirdə 72 yaşlı kişi özünü evinin eyvanında asaraq həyatına son qoyub. Kişinin oğlunun 4 il əvvəl 6-cı mərtəbədən özünü ataraq intihar etdiyi öyrənilib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 72 yaşlı təqaüdçü məmur İlker K. şəxsi evinin ikinci mərtəbəsinin eyvanında özünü kəndirlə asıb. 

Evə gələn həyat yoldaşı polisə və sağlamlıq qruplarına xəbər verib. Hadisə yerinə gələn qruplar tərəfindən aparılan araşdırmada İlker K.nin həyatını itirdiyi müəyyən edilib. 

Digər tərəfdən İlker K.nin oğlu Fırat K.nin də 4 il əvvəl yaşayış binasının 6-cı mərtəbəsindən özünü ataraq həyatına son qoyduğu öyrənilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1160

Oxşar yazılar