Psixotrop maddə aparan maşın
19 avqust 2021 15:39 (UTC +04:00)

Psixotrop maddə aparan maşın

Naxçıvandan Türkiyəyə külli miqdarda "patı" aparmaq istədilər

Azərbaycan gömrüyündə külli miqdarda psixotrop maddə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyəyə gedən bu ölkə vətəndaşının idarə etdiyi "DAF" markalı nəqliyyat vasitəsinə Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsində gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənində, xüsusi olaraq hazırlanmış gizli saxlanc yerində 191 litrə qədər maye halında psixotrop maddə - metamfetamin (patı) aşkarlanıb.

Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə (qaçaqmalçılıq) cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2346
avatar

Mehman Nəbiyev

Oxşar yazılar