Narkotik çəkən mikroavtobus sürücüsü həbs olundu - VİDEO
03 iyun 2025 09:41 (UTC +04:00)

Narkotik çəkən mikroavtobus sürücüsü həbs olundu - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında sərnişin daşıma fəaliyyəti göstərən sürücü ifşa olunub.

İdarədən Lent.az-a verilən xəbərə görə, stasionar postda yoxlama-nəzarət qaydasında saxlanılan “Hyundai” markalı mikroavtobusun sürücüsü Hafiz Piriyevin sənədləri yoxlanılarkən hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.

Müayinə zamanı Hafiz Piriyevin narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Barəsində inzibati protokol tərtib edilən Hafiz Piriyev məhkəmənin qərarı ilə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati qaydada həbs olunub.

Sərnişinlərin həyatı üçün təhlükə yarada biləcək hadisənin qarşısı növbəti dəfə DYP əməkdaşlarının sayıqlığı nəticəsində alınsa da, sərnişin daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər bu sahədə daha kəsərli tədbirlər görməli, sükan etibar etdikləri sürücülərlə bağlı qanunvericiliyə uyğun nəzarət tədbirləri gücləndirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

4 iyun 2025 , 23:41
Naxçıvanda  QƏZA:   yaralılar var

Naxçıvanda QƏZA: yaralılar var

4 iyun 2025 , 20:32
Bakıda evdən kişi meyiti  tapıldı

Bakıda evdən kişi meyiti tapıldı

4 iyun 2025 , 19:33
Gədəbəydə qadın yaşadığı evdə ölü tapıldı

Gədəbəydə qadın yaşadığı evdə ölü tapıldı

4 iyun 2025 , 18:26
Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

Azərbaycanda qanunsuz dini təbliğat aparanlar ölkədən QOVULDU

4 iyun 2025 , 17:20
4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 ay əvvəl təyin olunan polis rəisi istefa verdi

4 iyun 2025 , 17:16
Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

Azərbaycanın dünyada axtardığı şəxs Ukraynada tutuldu

4 iyun 2025 , 16:50
Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

Birləşmiş Ərəb Əmirliyi onu Azərbaycana təhvil verdi

4 iyun 2025 , 16:43