Nardaranda şəhid dəfnindəki qalmaqalla bağlı RƏSMİ AÇIQLAMA
26 aprel 2021 12:18 (UTC +04:00)

Nardaranda şəhid dəfnindəki qalmaqalla bağlı RƏSMİ AÇIQLAMA

Bu səhər Nardaranda şəhid Hüseyn Xəlilovun dəfnində polislə yerli kənd sakinləri arasında xoşagəlməz hadisə yaşanıb. Sakinlərin iddiasına görə, şəhidin dəfnində iştirak etmək istəyən sakinlərdən həbs edilənlər var. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Lent.az-a bildirib ki, digər şəhidlərimiz kimi H.Xəlilovun da dəfn mərasimi ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilib:

"Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb ağır yaralanan qazimiz Hüseyn Xəlilov həkimlərin səyinə baxmayaraq dünən şəhidlik zirvəsinə ucalıb. Dəfndə yalnız şəhidin yaxın qohumları iştirak edib. Buna baxmayaraq, bir qrup insanın da dəfnə qatılmağa cəhd etməsi xüsusi karantin qaydalarına zidd olub.

Buna görə də polis həmin şəxsləri saxlayıb. Onlarla izahedici söhbətlər aparılıb və hamısına xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Dəfndə saxlanılan və ya həbs edilən olmayıb. Eyni zamanda, heç bir insident və qarşıdurma halı qeydə alınmayıb".

Xatırladaq ki, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanaraq 6 aydır hospitalda müalicə alan Nardaran qəsəbə sakini H.Xəlilov ötən gün şəhid olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2184
avatar

Mehman Nəbiyev

Oxşar yazılar