Müşfiqabadda AĞIR QƏZA,  sürücü öldü -FOTOLENT
16 mart 2025 11:41 (UTC +04:00)

Müşfiqabadda AĞIR QƏZA, sürücü öldü -FOTOLENT

Baş Dövlət Yol Polisi İdarəsinin səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən gün saat 21:14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən 25-ci kilometrliyində Fərid İsmayılovun idarə etdiyi “Toyota Prius” markalı avomobil beton konstruksiyalı arakəsməyə çırpılıb. Sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən qəzanın sürücünün səhhətində yaranan problemdən qaynaqlandığı ehtimal olunur.

Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi, yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxararaq özlərinin və digər  hərəkət iştirakçılarının həyatını təhlükəyə atmamağı, ağır xəstəliyi olan sürücülərin doğmalarından isə bu kimi hallara qarşı barışmaz mövqe tutmağı xahiş edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar